"Ermənistan hesab edirdi ki, onlarla müəyyən münasibətlərini nəzərə alıb İran tərəfi bu prosesdə Ermənistanın mövqeyini müdafiə edə bilər"
Bu fikirləri Unikal.org-a açıqlmasında Ermənistanın İrana 3 raket atmasını şərh edərkən Prezident Yanında İdarəçilik Akademiyasının Siyasi Araşdırmalar İnstitutunun rəhbəri, politoloq, millət vəkili Elman Nəsirov deyib. O qeyd edib ki, Ermənistan süni yollarla İranı prosesə qatmağa çalışdı: "Ermənistan bilərəkdən raket və top atəşlərini İrana yönəltdi ki, bu məsələ geniş rezonansa səbəb olsun. Bununla da Ermənistan bir daha siyasi və hərbi avantüraya əl atmış oldu. Bu prosesdə təsadüf axtarmağın heç bir mənası yoxdur. Çünki Ermənistanın bütün addımları təxribatdan qaynaqlanır. Ermənistan tərəfi cəbhədə gərginliyin yaranmasında Azərbaycanı günahlandırsa da buna nə böyük dövlətlər, nə də beynəlxalq təşkilatlar inanmır. "
Xatırladaq ki, Ermənistan tərəfindən atılan mərmilərin 3-ü İran ərazisinə düşüb. Hadisədən sonra rəsmi Tehran Ermənistana xəbərdarlıq edib.
Həsən Babayev