Tovuz sakini içkidən zəhərlənib.

Unikal.org-un apa-ya istinadən verdiyi məlumata görə, rayonun Yuxarı Öysüzlü kənd sakini, 1992-ci il təvəllüdlü Tatanov Samir Məhər oğlu alkoqol zəhərlənməsi əlaməti ilə rayon Mərkəzi xəstəxanaya yerləşdirilib.

Ona tibbi yardım göstərilsə də, 25 yaşlı gənc komadan ayılmayıb. Vəziyyətinin ağır olduğu bildirilir.