Bakının Binəqədi rayonunda fəhlə bədbəxt hadisə nəticəsində xəsarət alıb.

Unikal.org report-a istinadən xəbər verir ki, hadisə Xocasən qəsəbəsində qeydə alınıb.

Belə ki, 1994-cü il təvəllüdlü Dövran Adıgözəlov fərdi yaşayış evlərindən birinin ikinci mərtəbəsində iş görən zaman yerə yıxılıb. 

Nəticədə yerdə olan dəmir parçası onun boğaz nahiyəsinə batıb. Həmçinin kəllə-beyin travması alan yaralı xəstəxanaya yerləşdirilib.