Bakının Səbail rayonunda piyadanı avtomobil vuraraq öldürüb.
Unikal.org "Report"a istinadən xəbərinə görə, Azərbaycan prospektində, yol kənarında dayanan 1965-ci il təvəllüdlü Həsən Vəliyevi minik avtomobili vurub.
Nəticədə piyada hadisə yerində ölüb.
Faktla bağlı Səbail Rayon Polis İdarəsində araşdırma aparılır.
Qeyd edək ki, H.Vəliyev hadisə yerinə yaxın ərazidə ev alqı-satqısı ofisində dəllal işləyirmiş.
Bakının Xəzər rayonunda piyadanın vurulması ilə nəticələnən yol qəzası baş verib.
Binə qəsəbəsində yolu keçmək istəyən 1932-ci il təvəllüdlü İsmayılova Tamam Həmzə qızını avtomobil vurub.
Hadisəni törədən sürücü xəsarət alan şəxsi xəstəxanaya yerləşdirib.
Faktla bağlı Xəzər Rayon Polis İdarəsində araşdırma aparılır.