Bakı sakini intihara cəhd edib.
Unikal.org lent.az-a istinadən xəbər verir ki, A.Novruzov küçəsində yaşayan 1982-ci il təvəllüdlü Baxtıyev Denis Andreyeviç anasının gözləri qarşısında qol damarlarını doğrayıb.
Bildirilir ki, 35 yaşlı Denis anası, 59 yaşlı Lyubov Baxtıyevdən pul istəyib. Qadın isə ona pul verə bilməyəcəyini deyib. Bundan sonra D.Baxıtıyev ülgüclə özünə xəsarət yetirib. O, xəstəxanaya aparılıb.
Faktla bağlı araşdırma aparılır.