Şəmkir rayonunda at gənc oğlana ağır xəsarət yetirib.
Unikal.org report-a istinadən xəbər verir ki, hadisə rayonun Sabirkənd kəndində baş verib.
Belə ki, 28 yaşlı Hüseynov Elçin Rafiz oğlu ata yem verərkən at ona təpik vurub. Nəticədə E.Hüseynov üz nahiyəsindən ağır xəsarət alıb.
Yaralıya ilk tibbi yardım Şəmkir rayonundakı xəstəxanada göstərilib.
Lakin E.Hüseynovun zədəsi ağır olduğundan o, daha sonra Bakıdakı xəstəxanalardan birinə gətirilərək reanimasiya şöbəsinə yerləşdirilib.