Bakıda 44 yaşlı kişi qəfil vəfat edib. 

Unikal.org lent.az-a istinadən xəbər verir ki, 1973-cü il təvəllüdlü Əhmədov Zaur Rafiq oğlu Xətai rayonu Gəncə prospektində dostu Məcidov Anar Eldar oğluna məxsus evdə qəfil ölüb. İlkin məlumata görə, o, ürək tutumasından vəfat edib.

Ölüm faktı ilə bağlı araşdırma aparılır.