Gəncə şəhərində üzərinə ağac aşan yeniyetmə ölüb.

Unikal.org report-a istinadən xəbər verir ki, hadisə günorta saatlarında şəhərin Ozan küçəsində baş verib.

Belə ki, şəhər sakini, 2004-cü il təvəllüdlü Aslanov Vusal Vuqar oğlunun üzərinə ağac aşıb. Ağır yaralanan uşaq xəstəxanaya aparılarkən yolda ölüb.

Faktla bağlı araşdırma aparılır.