Qaxda intihar hadisəsi baş verib.

Unikal.org xəbər verir ki,  hüquq-mühafizə orqanlarından apa-ya verilən məlumata görə, hadisə bu gün axşam saat 18 radələrində rayonun Qaşqaçay kəndində qeydə alınıb.

Kənd sakini, 1931-ci il təvəllüdlü Əmiraslan Yusif oğlu İsmayılovun meyiti yaşadığı evin eyvanından asılı vəziyyətdə ailə üzvüləri tərəfindən aşkar edilib.

Məlumata görə, Ə.İsmayılov xərçəng xəstəliyindən əziyyət çəkirmiş.

Faktla bağlı Qax rayon prokurorluğunda CM-nin 125-ci (özünü öldürmə həddinə çatdırma ) maddəsi ilə cinayət işi başlayıb, araşdırma aparılır.