Bakının Sabunçu rayonunda bədbəxt hadisə baş verib.

Unikal.org report-a istinadən xəbər verir ki, hadisə Maştağa qəsəbəsi, M.Mirəliyev küçəsində qeydə alınıb.

1966-cı il təvəllüdlü Qədirov Firudin iş görərkən laqonda sol əlini kəsib. O, xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.