Əməkdar artist Elza Seyidcahan, Almaz Ələsgərli, müğənni Miri Yusif və bir çox tanınmışlar heyvanlar üçün təşkil olunan dəfiləyə qatılıblar.
Unikal.org Axşam.az-a istinadən xəbər verir ki, "Doggie couture"nin təsisçisi Nailə Əliyevanın təşkil etdiyi dəfilədə itlər üçün geyimlər nümayiş olunub. Tanınmışlar itləri ilə podiuma çıxıblar.
N.Əliyeva ilk dəfədir Azərbaycanda belə dəfilə keçirildiyini deyib:
"Bütün paltarlar qeyri-adidir. Bu işə çox ciddi yanaşıram. parça, aksessuar seçimini özüm edirəm. Hər yerdə satılmayan materiallar seçirəm. Hətta xaricdən də sifariş verirəm".