Bakıda gecə klubunda dava düşüb.

Unikal.org-un APA-ya istinadən məlumatına görə, hadisə paytaxtın Səbail rayonu, Xəqani küçəsində yerləşən "Troya gecə klubunda baş verib.

İraq vətəndaşı, 39 yaşlı Deheyyar Ali Abdulhuseyn naməlum şəxs tərəfindən döyülüb. O, xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.