Göyçay rayonunda yanğın hadisəsi baş verib.

Unikal.org bildirir ki, APA-nın yerli bürosunun xəbərinə görə, hadisə bu gün səhər saatlarında rayonun Yeniarx kəndində qeydə alınıb. Kənd sakini, 1959-cu il təvəllüdlü Eyvazov Etimad Eyvaz oğluna məxsus həyətyanı sahədəki tövlə və toyuq hinində yanğın başlayıb. Yanğının söndürülməsi üçün əraziyə FHN-nin Göyçay Dövlət Yanğından Mühafizə Hissəsinin 2 yanğınsöndürən avtomobili və canlı qüvvəsi cəlb olunub. Hadisə zamanı tövlənin bir hissəsi, toyuq hini və içərisindəki 50 baş quş yanaraq tələf olub. Alov yaxınlıqdakı mənzilə daxil olsa da, onun yayılmasının qarşısı alınıb.

Ümumi sahəsi 252 kvadratmetr olan evin pəncərə və tavan hissəsi 2 kvadratmetr sahədə yansa da, yanğınsöndürənlərin cəld müdaxiləsi nəticəsində alovun qarşısı cətinliklə də olsa alınıb və yanğın söndürülüb. Hadisə zamanı xəsarət alan olmayıb.

Yanğının hansı səbəbdən baş verdiyi hələ ki məlum deyil. Faktla bağlı araşdırma aparılır.