Tərtər rayonunda iki nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Unikal.org report-a istinadən xəbər verir ki, hadisə rayonun Sarıcalı kəndi ərazisində qeydə alınıb.
Belə ki, rayonun Düyrəli kənd sakini, 1995-ci il təvəllüdlü Pənahlı Fərid Vidadi oğlunun idarə etdiyi "KaMAZ" markalı yük maşını ilə Ağdam rayon sakini, 1958-ci il təvəllüdlü Sarıyev Rizvan Sarı oğlunun idarə etdiyi "Zil" yük avtomobili toquşub. Nəticədə "Zil" yoldan cıxaraq aşıb, "KaMAZ" isə idarəetməni itirərək yol kənarında olan ağaca cırpılıb.
Hadisə zamanı hər iki avtomobilin sürücüsü xəsarət alıb. Yaralılardan biri - Rizvan Sarıyev Tərtər Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Digər yaralı F.Pənahlı isə xəstəxanada ilkin tibbi yardım aldıqdan sonra evə buraxılıb.
Faktla bağlı araşdırma aparılır.