Lənkəranda ağır yol qəzası nəticəsində yaralananların şəxsiyyəti məlum olub.
Unikal.org report-a istinadən xəbər verir ki, qəza nəticəsində "VAZ-2106" markalı avtomobilin sürücüsü, 1973-cü il təvəllüdlü Liman şəhər sakini Əsgərov Mürsəl Nail oğlu, avtomobildə olan sərnişinlər - onun həyat yoldaşı, 1980-ci il təvəllüdlü Liman şəhər sakini Əsgərova Günel Musa qızı, onların yaş yarımlıq qızları Əsgərzadə Zəhra Mürsəl qızı, sürücünün qaynı uşaqları - 9 yaşlı Boladi kənd sakinləri - Qasımov Əlişan Sənan oğlu və 6-7 yaşlı Qasımova Aylin Məmməd qızı, həmçinin sürücünün baldızı, hamilə vəziyyətində olan 1979-cu il təvəllüdlü Boladi kənd sakini Haşimova Günay Hidayət qızı xəsarət alıb.
Qəza zamanı yaralananlardan digəri isə "Opel" markalı maşının sürücüsü Astara sakini Hüseynov Xudaverdi Səxavət oğludur.