Antaliyada yük taksisi ilə gül aparan Türkan Öztürk qəza zamanı ölüb.
Unikal.org türkiyə mətbuatına istinadən xəbər verir ki, qəza bu gün axşam saatlarında Alanya-Antalya D400-cü kilometrliyində baş verib. Alanya istiqamətindən Antalya istiqamətinə getməkdə olan Bəkir Aslanın idarə etdiyi 07 J 0060 dövlət nömrəli yük taksisi, Sorgun istiqamətindən olan İsmayıl Uçarın istifadə etdiyi 07 FUJ 03 nömrəli tur mikroavtobusu ilə toqquşub.
Taksidə sərnişin olaraq oturmuş Türkan Öztürk adlı qadın qəza anında avtomobilin şüşəsindən çıxıb. Hadisə yerinə gələn 112 sağlamlıq qruplarının ilkin müdaxiləsinə baxmayaraq Öztürkün həyatını xilas edə bilməyiblər.
Qəzada yaralanan ticarət taksi sürücüsü Bəkir Aslanın isə həyati təhlükəsinin olmadığı bildirilib. Xəstəxanada həyatını itirən Türkan Öztürk məşhur jurnalda reklamçı vəzifəsində çalışdığı öyrənilib.