Bakının Binəqədi rayonunda gənc qadın intihar edib.
Unikal.org report-a istinadən xəbər verir ki, hadisə rayonun 8-ci mikrorayon ərazisində yerləşən binalardan birində qeydə alınıb.
Belə ki, 1988-ci il təvəllüdlü qadın (Adı, hələlik açıqlanmır) özünü 8-ci mərtəbədən yerə atıb. O, xəstəxanaya çatdırılsa da, orada dünyasını dəyişib.
Faktla bağlı Binəqədi Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci maddəsi üzrə (özünü öldürmə həddinə çatdırma) cinayət işi başlanıb.

Bakının Sabunçu rayonunda intihar hadisəsi baş verib.
Hadisə Maştağa qəsəbəsinin "Südçülük savxozu" adlanan ərazisində qeydə alınıb.
Belə ki, 28 yaşlı Naxçıvan Muxtar Respublikası sakini Vüqar Babayev özünü yaşadığı evin zirzəmisində elektrik naqili ilə asıb.
Qeyd edək ki, mərhum üç uşaq atası idi.
Faktla bağlı Sabunçu Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci maddəsi üzrə (özünü öldürmə həddinə çatdırma) cinayət işi başlanıb.

**** (09:59)
Bakıda intihar hadisəsi baş verib.
APA-nın məlumatına görə, Binəqədi rayonu, Fərman Məlikov küçəsi ev 1 ünvanında yaşayan, 1993-cü il təvəllüdlü Lamiyə Rafiq qızı Qəribova 17 mərtəbəli binanın 8-ci mərtəbəsindən özünü atıb. O, yerindəcə keçinib.
Özünə qəsdin dəqiq səbəbləri hələlik məlum deyil. L. Qəribova iki uşaq anasıdır.
Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.