Astara rayonunda məkltəbli kafedə ofisiantı bıçaqlayıb.

Unikal.org report-a istinadən məlumatına görə, hadisə Astara Bulvarında yerləşən kafelərdən birində baş verib.

Belə ki, kafedə ofisiant işləyən, Astara şəhər Heydər Əliyev prospektində yaşayan, 1993-cü il təvəllüdlü Murad Fazil oğlu Qulamzadə 16 yaşlı məktəbli, Əli Məmmədzadə tərəfindən bir neçə bıçaq zərbəsi alıb.

Yaralı ətrafdakıların köməyi ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Xəstəxanadan verilən məlumata görə, M.Qulamzadəyə qarının ön divarının, döş qəfəsinin və sol yan səthinin kəsilmiş-deşilmiş yaraları diaqnozu qoyulub. O, əməliyyat olunub.

Astara Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən hadisəni törətməkdə şübhəli bilinən məktəbli Ə.Məmmədzadə saxlanılıb.

Faktala bağlı araşdırma aparılır.

***15:26

Astarada bıçaqlanma hadisəsi baş verib.

Unikal.org apa-ya istinadən xəbər verir ki, bıçaq xəsarəti alan şəxs Lənkəran rayon mərkəzi xəstəxanasına yerləşdirilib.

25-30 yaşlı kişinin Astara sakini olduğu bildirilir. O, çoxlu qan itirdiyindən dərhal cərrahiyyə şöbəsinə əməliyyat yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.