Tanınmış ifaçı Elariz Məmmədoğlunun həmkarı, əməkdar artist, bəstəkar-müğənni Elza Seyidcahana həsr etdiyi şeir sosial şəbəkədə müzakirəyə səbəb olub. Görəsən, məsələdən xəbər tutan Elza Seyidcahan hansı hissləri keçirdib?
Unikal.org bildirir ki, sənətçi ürəyini yeniçağ.az-a boşaldıb.
"Yazıb, Allah canını sağ eləsin. Mən bilirəm ki, o, məni sevir, çox istəyir. Gizlətməyib, açıq yazıb ki, Elzaya nəzirə yazmışam.
Xalq artisti Aygün Kazımova, prodüser Sayqa da şeirlərimə nəzirə yazmışdılar, hətta qeyd etmişdilər ki, Elzanın şeirlərinə ithaf edirik. Bu saat kimi dindirirsən, Elzanın şeirlərindən danışır, bu, uğur deyilmi? Elə bilirsiniz hamının şeirinə nəzirə yazırlar, yox. Bəzi çaqqal-çuqqallar var, adını kişi qoyub, amma kişilikdən xəbərləri yoxdur. Onlar bütün günü xanım sənətkarların arxasınca danışır, onların pulunu, getdikləri toyları sayır. Onlar tülkü kimi gizlənib, altdan-altdan mənim adımdan anonim şeirlər yazır, mənim kimi xanımlara ləkə vurmağa çalışırlar. Kişiliyin çatırsa, yaz ki, mən bu şeiri Elza Seyidcahanın şeirinə nəzirə yazıram. Götürüb yazmışdılar ki, "babamın sazı qalxmadı". Guya bu şeiri Elza yazıb. Bu, mənim şeirim deyil. Elarizdən də incimirəm".