Budo üzrə Azərbaycan millisinin məşqçisi Səbuhi Vəliyev intihar edən idmançı İftixar Məhərrəmovla bağlı açıqlama verib.
Unikal.org xəbər verir ki, "qafqazinfoya danışan çalışdırıcı budo üzrə dünya çempionu, 1997-ci il təvəllüdlü İftixarın istedadlı idmançı olduğunu qeyd edib:
"İftixarın idmanla bağlı heç bir problemi yox idi. O, çox yaxşı idmançı idi. Atası da yaxşı insan idi və münasibətimiz var idi. Onun intihar etməsi haqqında xəbəri sizdən eşidirəm. Şoka düşdüm. Niyə intihar etsin ki? İftixar təkcə budo ilə məşğul olmurdu. O, həmçinin digər idman növlərində də yarışırdı. Kikboksinqlə də məşğul olub. Çox istedadlı və uğurlu idmançı idi.
Qeyd edək ki, İftixar Məhərrəmov bu gün özünü binanın 10-cu mərtəbəsindən ataraq intihar edib. İlkin ehtimala görə, o, anası ilə mübahisə etdikdən sonra bu addımı atıb.