Ağdamda fəhləni elektrik cərəyanı vurub.
Unikal.org-un apa-ya istinadən xəbərinə görə, hadisə rayonun Quzanlı qəsəbəsində baş verib. Fərdi tikintidə fəhlə işləyən, Ağdamın Mərzili kəndindən məcburi köçkün olan, Bərdə rayonunda məskunlaşan Məmmədov Şöhlət Əfqan oğlunun əlində olan boru yüksək gərginlikli elektrik naqilinə toxunub. 60 yaşlı fəhlə hadisə yerində ölüb.
Faktla bağlı Ağdam rayon Prokurorluğunda cinayət işi açılıb.