Əməkdar artist Murad Dadaşovun aparıcısı olduğu "Maşın" şounun növbəti buraxılışında iştirakçılar aktyor Səbuhi Xanlarovun şəklini atıblar.
Unikal.org xəbər verir ki, sənətçi səs topladığı təqdirdə rejissor Kənan Mahmudovu oyundan uzaqlaşdıracağını bildirib.
Rejisor tamaşaçılardan S.Xanlarova "getsin"ə səs verməyi xahiş edib:
"Mənim hacı, biznesmen dostlarım yoxdur. Mənimki kasıb insanlardır. Kimin imkanı varsa, Səbuhiyə "getsinə sms göndərsin. Uşaqlar valideynlərindən, evli xanımlar isə yoldaşlarından icazəsiz mənə səs göndərməsin. Haqqımı halal etmərəm.
Veriliş boyu tərəflər arasında qarşıdurma yaşanıb.
Sonda aktyor 46,21 faiz səs yığaraq oyundan özü gedib.axşam.az