Azərbaycanın xalq artisti Elmira Rəhimovadan xəbər var.

Unikal.org  xəbər verir ki, teleaparıcı hacı Nuran Hüseynov xalq artisti ilə birgə fotosunu sosial şəbəkədə paylaşaraq bildirib ki, o, E.Rəhimovanı ziyarət edib və müğənni xəstəliyi barədə çox danışmaq istəməyib:

"Elmira Rəhimovaya baş çəkdim. Xəstəlikdən çox danışmaq istəməsə də, onu söhbətə tutub səhhəti barədə məlumat əldə etdim. Sən demə, müğənninin nəvəsi də ağır xəstəlikdən əziyyət çəkir".

Xalq artisti qafqazinfo-ya açıqlamasında "Bütün efirlərdən imtina edirəm, ekranlarda görünmək istəmirəm. Hazırda canımla əlləşirəm. Səhhətimdə problemlər var. Dərmanlarımı qəbul edirəm, inanıram ki, hər şey yaxşı olacaq", - deyə bildirmişdi.

Müğənninin yaxınları isə Elmira Rəhimovanın şəkər xəstəliyindən əziyyət çəkdiyini, həkim nəzarətində olduğunu demişdi.