ARB TV-nin "Elin gözü proqramında bu dəfə aparıcı Elgiz Əkbərlə telefon bağlantısına qoşulan xanım arasında mübahisə yaranıb.
Unikal.org xəbər verir ki, proqrama zəng vuran xanım fikirlərini bölüşüb. Həyat yoldaşından xəbərsiz uşaqlarını götürüb evi tərk edən qadın, aqressiv şəkildə dayanmadan danışmağa başlayıb. Kişinin dəfələrlə üzr istəməsinə baxmayaraq, həyat yoldaşı onu bağışlamayacağını bildirib.
E.Əkbərin qadına etirazını bildirərək, "Siz o ixtiyar sahibi deyilsiniz ki, bu kişini uşaqlarından məhrum edəsiniz deyib.
Onun bu sözlərinə qadın etiraz edib:
"Qızım ağlayıb özünü öldürür ki, məni sevən oğlan 20 il də gözləyə bilərdi, amma ailəm düzələndən sonra.
Aparıcı məsələ ilə bağlı fikirlərini bildirmək istəsə də, qadın ona imkan verməyib və dayanmadan danışmağa başlayıb.
Belə olan təqdirdə isə Elgiz Əkbər əsəbiləşərək "Saxlayın, elə bil bazardasınız deyərək telefon bağlantısını yarıda kəsib.axşam.az