Bu gün qadın voleybolçular arasında DÇ-2018-in Bakıda keçirilən E qrupunun seçmə oyunlarında II turu keçirilir.
Unikal.org-un apasport.az-a istinadən məlumatına görə, mundiala birbaşa vəsiqə qazanmaq uğrunda mübarizə aparan 6 komandadan biri olan yığmamız da ikinci matçına çıxıb.
İlk görüşdə Norveç millisini darmadağın edən Faiq Qarayevin yetirmələri növbəti qarşılaşmada Ukraynanı sınağa çəkib. Bakı İdman Oyunları Sarayında baş tutan matçda voleybolçularımız Hollandiya ilə yanaşı, əsas rəqibi hesab olunan ukraynalılara "dərs keçib". Faiq Qarayevin yetirmələri rəqiblərinə set vermədən qalib gəliblər.
Günün ilk görüşündə isə qrupumuzun digər favoriti Hollandiya Norveçlə üz-üzə gəlib. "Narincilar" da matçı 3:0 hesabı ilə xeyirlərinə bitiriblər. Üçüncü oyunda isə Danimarka İsraili sınağa çəkəcək.