Xəbər verdiyimiz kimi,Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının yeni strukturu təsdiqlənib.
Yeni sərəncama görə gənclər siyasəti və idman məsələləri şöbəsinin müdiri Yusuf Məmmədəliyev təyin olunub.
Unikal.org-un azxeber.com-a istinadən etdiyi məlumata görə, yeni şöbə
müdiri respublikanın əməkdar elm xadimi, kimya elmləri doktoru,
professor, SSRİ Dövlət Mükafatı laureatı Yusuf Heydər oğlu
Məmmədəliyevin nəvəsidir. O babasının adını daşıyır.