Bakıda Rusiya, Azərbaycan və İran Xarici işlər nazirlərinin görüşü başa çatıb.

Unikal.org qafqazinfo.az-a istinadən xəbər verir ki, Azərbaycan XİN rəhbəri Elmar Məmmədyarov İran tərəfinin də Qarabağda atəşkəsin elan edilməsi üçün müəyyən cəhdlər göstərdiyini qeyd edib:

"Üçtərəfli əməkdaşlıqdan danışdığıma görə, İran da atəşkəsin əldə edilməsində öz tərəfindən müəyyən cəhdlər göstərib. Lavrovla biz daha ciddi müzakirələr aparırıq. Onun tərəfindən irəli sürülən təklifləri nəzərdən keçiririk. Həmin təkliflər ötən ilin ortalarından var idi. Bir məsələ çox vacibdir. Buna kimsə dondurulmuş, dayandırılmış münaqişə deyir. Bu mümkün qədər tez həllini tapmalı münaqişədir. Sülh yolu ilə həlli çox vacibdir. Çünki insanlar həyatlarını itirirlər. Bu münaqişənin davamı qəbuledilməz faktdır. Münaqişənin dondurulması ifadəsi insanların beynində illuziya yarada bilər. Hamı bilməlidir ki, hərbi qüvvələr o torpaqlardan çıxmalıdır. Müharibə elədir ki, hər 2 tərəfə ziyan vurur. Masa üzərində təklif paketləri var. Bir məsələ aydındır ki, ermənilər o torpaqları dərhal tərk etməlidirlər. Təhlükəsizliyin təmin edilməsi məsələsi də nəzərdən keçirilməlidir. Nəticəyə gəlməliyik".

Rusiya XİN rəhbəri Sergey Lavrov isə məsələnin həllinə çox yaxın olduqlarını qeyd edib:

"Münaqişənin tez həllində çox maraqlıyıq. Çünki burada tranzit infrasutrukturu, onun təhlükəsizliyi hamımızın marağındadır. Elə etmək lazımdır ki, hər gün snayperlər hər gün bir-birinin gözünün içinə baxmasınlar".

***
11:11

Bu dəqiqlərdə Bakıda Azərbaycan, Rusiya və İran xarici işlər nazirlərinin üçtərəfli görüşü başlayıb.

AzNews.azRusiya KİV-lərinə istinadən xəbər verir ki, Azərbaycan XİN başçısı Elmar Məmmədyarov, Rusiya XİN başçısı Sergey Lavrov və İran XİN başçısı Cavad Zərif Bakıda işgüzar səhər yeməyi formatında üçtərəfli görüş keçirirlər.

Daha sonra XİN başçılarının rəsmi danışıqları başlanacaq.

Görüşdə başlıca müzakirə mövzularının Dağlıq Qarabağdakı vəziyyət və Xəzər üzrə əməkdaşlıq olacağı bildirilir.