Azərbaycan Silahlı Qüvvələrinin erməni işğalından azad etdiyi kəndlərə 23 ildən sonra ilk dəfə sakinlər qədəm qoyub.
 
Unikal.org-un "Report"a istinadən məlumatına görə, Cəbrayıldan olan məcburi köçkünlər 23 ildən sonra ilk dəfə öz doğma kəndlərində olublar. Azərbaycan ordusu tərəfindən işğaldan azad olunan Cəbrayıl rayonunun Cocuqmərcanlı kəndində hərbçilərin nəzarəti altında kənd sakinləri kənd qəbiristanlığını ziyarət edib, qohumlarının ruhuna dualar oxuyublar.