İyunun 3-də Dövlət İmtahan Mərkəzində (DİM) növbəti SAT imtahanı keçiriləcək. 

Mərkəzdən Unikal.org-a verilən məlumata görə, imtahanda iştirak edəcək şəxslər saat 07:30-dan gec olmayaraq imtahan binasında olmalıdırlar.

İmtahana gecikən şəxslər test mərkəzinə buraxılmayacaqlar.

İmtahan saat 08:30-da DİM-in Yasamal rayonu, Mikayıl Müşfiq küçəsi, 1M ünvanında yerləşən inzibati binasında başlayacaq. İmtahanın müddəti fasiləsiz - 3 saat 45 dəqiqədir.

SAT imtahanları və qeydiyyatdan keçmək haqqında ətraflı məlumatı keçiddən əldə etmək mümkündür: http://www.dim.gov.az/exam/sat/