Prezident İlham Əliyev "Azərbaycan Respublikasında biznes mühitinin əlverişliliyinin artırılması və beynəlxalq reytinqlərdə ölkəmizin mövqeyinin daha da yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 13 iyul tarixli 2199 nömrəli Sərəncamının həyata keçirilməsinə dair Tədbirlər Planının təsdiq edilməsi barədə sərəncam imzalayıb.
Unikal.org-un məlumatına görə, sənəddə qeyd olunur ki, həmin sərəncamla yaradılan Komissiyaya təsdiq edilmiş Tədbirlər Planının icrasını əlaqələndirmək və icranın gedişi barədə ildə bir dəfə Azərbaycan Prezidentinə məlumat vermək, həmçinin sərəncamdan irəli gələn digər məsələləri həll etmək tapşırılıb.