Polis Vahid Mustafayevin motosiklet karvanını saxlayıb, özünü isə digər yoldaşları ilə birlikdə 46 saylı avtobusla yola salıb.
Unikal.org moderator.az-a istinadla xəbər verir ki, hadisə bu dəqiqələrdə Nobel prospektində baş verib.
Polisin əməkdaşımıza verdiyi məlumata görə, motosiklet karvanının saxlanmasına səbəb motosikletlərdə səsboğucunun olmaması və magistralda düzgün hərəkət etməmələri olub. Verilən məlumata görə V.Mustafayevin motosiklet karvanı dünən motosikletlə qəzasınada dünyasını dəyişən vəkil Toğrul Mirzəzadənin yas mərasiminə gedirmiş. Əraziyə çağırılan evakuatorlar vasitəsi ilə motosikletlər cərimə meydançasına aparılıb.