Transfer çalışmalarını davam etdirən "Kəpəz" daha bir futbolçu ilə razılığa gəlib.

Unikal.org goal.az-a istinadən xəbər verir ki, Gəncə klubu Ruzi Qiyaslı ilə bir il müddətinə anlaşıb. Son mövsümü icarə əsasında I divizion klubu "Şəmkir"də keçirən 23 yaşlı qolkiper müqavilə ilə "Neftçi"yə məxsus olub. "Kəpəz" İlyas Səfərzadə ("Qarabağ"), Kamran Abdullazadə ("Sumqayıt"), İlkin Sadıqov ("Turan Tovuz"), Tural Cəlilov ("Zirə") və Azər Məmmədovu ("Turan Tovuz") da transfer edib.