Tanınmış jurnalisti Emil Hüseynli AZƏRTAC-ın Ukrayna, Belarus və Moldova ölkələri üzrə xüsusi müxbiri təyin edilib.
Unikal.org Modern.az-a xəbər verir ki, Emil Hüseynli bu təyinata qədər Trend İnformasiya Agentliyinin Azərbaycan redaksiyasının rəhbəri və baş direktorunun müavini vəzifələrində çalışıb.
O, bu günlərdə AZƏRTAC-ın Ukrayna, Belarus və Moldova ölkələri üzrə xüsusi müxbiri vəzifəsinə təyinat alıb.
Qeyd edək ki, E.Hüseynli Bakı Dövlət Universitetinin "Beynəlxalq münasibətlər və beynəlxalq hüquq fakultəsinin beynəlxalq jurnalistika bölməsində oxuyarkən 90-cı illərin ortalarından Azərbaycan mətbuatında çalışıb.
EM-Pİ-EY, Olaylar, APA və Trend informasiya agentliklərində müxbir vəzifəsindən tutmuş baş direktorun müavini vəzifələrinə kimi işləyib. E.Hüseynli ictimiai fəal kimi də tanınır. O Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə dair "Sözün bitdiyi zaman, "Vandalizm, dövlət müstəqilliyimizin 25 illiyinə həsr olunan "25 ilin akkordları sənədli filmlərinin müəllifidir.