Goranboy rayonunda məktəblilər arasında düşən kütləvi dava düşüb.
Unikal.org-un Report-a istinadən məlumatına görə, hadisə rayonun Veyisli kəndində məcburi köçkünlər üçün salınmış yeni qəsəbədə baş verib.
Belə ki, bir qrup məktəbli arasında düşən kütləvi dava zamanı qəsəbə sakini, 2002-ci il təvəllüdlü, Vüqar Adil oğlu Məmmədov başından ağır xəsarət alaraq Göranboy Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Xəsarət alan şəxsə həkimlər tərəfindən tibb yardım göstərilib, vəziyyəti orta-ağır olduğu bildirilir.
Kütləvi dava zamanı daha bir neçə şagirdin xəsarət aldığı bildirilir. Hadisə şahidlərinin verdiyi məlumata görə, kütləvi dava zamanı azı 5 nəfər şagird xəsarət alıb. Lakin, V.Məmmədov başından aldığı xəsarətlərdən huşunu itirdiyi üçün xəstəxanaya yerləşdirilib.
Məktəblilər arasında düşən davanın səbəbi isə hələlik bilinmir.
Faktla bağlı araşdırma aparılır.