Son zamanlar qəlyan çəkmək ölkəmizdə dəbə minib.
Bu çox təhlükəli dəbdir ki, nəticədə ölkəmizdə ağır nəfəsalma sistemi xəstəliklərdən əziyyət çəkənlərin sayı daha da artacaq. Ən pisi isə odur ki, bu dəb əsasən cavanlar arasında yayılıb və "müasirliyin", "sərbəstliyin" rəmzi kimi qiymətləndirilir.
Cavanlar arasında qəlyan çəkməklə bağlı çox təhlükəli yanılma yayılıb ki, guya qəlyan siqaretdən daha az ziyanlıdır.
Unikal.org saglamolun.az-a istinadən bildirir ki, иu olduqca səhv fikirdir.
Araşdırmalar göstərir ki, qəlyan çəkmək əksinə siqaret çəkməkdən qat-qat ziyanlıdır.
1. Qəlyanda tüstü su filtrdən keçir. Qəlyan çəkənlərin fikrinə görə, bu zaman tüstü ziyanlı maddələrdən tam "təmizlənir". Lakin bu belə deyil. Su tüstünü ziyanlı maddələrin az bir hissəsindən təmizləyir, əsas hissəsi isə qalır.
2. Araşdırmalar göstərir ki, 1 saat ərzində qəlyan çəkən insan 1 siqaret çəkənlə müqayisədə 100-200 dəfə daha çox tüstü udur. Bu zaman onun orqanizminə daxil olan dəm qazının miqdarı 1 qutu siqaret çəkən insanla eynidir. Dəm qazı ən güclü zəhərlərdən biridir.
3. Qəlyan çəkən insanda siqaret çəkən insanla müqayisəd tüstü ağciyərin daha dərin hissələrinə daxil olur ki, bu da daha ağır pozulmaların inkişafına səbəb olur.
4. Qəlyan çəkən insanlar birdəfəlik müştükdən istifadə edir və onların fikrinə görə bu "sterilliyi" təmin edir. Lakin birdəfəlik müştük qəlyan çəkən insanı infeksiya və mikroblardan qorumur. Mikroblar qəlyan şlanqlarında və qabda toplanır. Hər qəlyan çəkən insandan sonra bu şlanq və qab yaxşı-yaxşı yuyulmalıdır. Təbii ki, bu hər dəfə baş vermir və nəticədə insanda çox ciddi infeksiyalara (vərəm və s.) yoluxma riski yüksək olur.
5. İsrail alimləri araşdırmalar zamanı aşkar ediblər ki, qəlyan çəkmək qida borusu və ağciyər xərçənginin riskini xeyli artırır.