Əməkdar artist, Gənc Tamaşaçılar teatrının aktrisası Naibə Allahverdiyeva xəstəliyi ilə bağlı yayılan xəbərlərdən narazılıq edib.
Unikal.org xəbər verir ki, hazırda Bilgəhdə sanatoriyada müalicə olunan aktrisa yenicag.az-a açıqlama verib.
"Sosial şəbəkədə ünvanıma yazılan rəylərdən bezmişəm. Bütün günü şəxsi həyatımı müzakirə edirlər. Hərə bir şey yazır, deyirlər, guya ərim məni atıb gedib, guya o məndən 20 yaş böyükdür. Əslində yoldaşım məndən cəmi 5-6 yaş kiçikdir. Ən dəhşətlisi isə budur ki, guya mən ona biznes qurmaq üçün 200 min manat borc da götürmüşəm. O da həmin pulu alandan sonra sevgilisi ilə özünə iş qurub, məni atıb. Buna görə də əsəbdən xəstəlik tapmışam. Yalandır, biz bir yerdəyik, arada bütün ailələr kimi söz-söhbətimiz də olur, amma keçib gedir. Qaldı ki, pul məsələsinə, mən niyə kişiyə pul xərcləməliyəm axı? Bu, bir yana, axı mən də aktrisayam, məndə o qədər pul hardandır ki, ona biznes də qurum.
Aktrisa nikahsız yaşaması ilə bağlı gəzən şayiələrə də aydınlıq gətirib:
"Deyirlər ki, guya mən ərimlə qeyri-rəsmi nikahda yaşayıram. Lazım gələrsə, rəsmi nikah kağızımı da sizə göstərərəm. Belə də ki, şəxsi həyat özümə məxsusdur. Özüm bilərəm, ərə getmişəm- getməmişəm, kimə nə dəxli var?