"Azərbaycanda korrupsiyaya qarşı mübarizə dövlət siyasətidir.
Unikal.org-un xəbərinə görə, bunu Bakıda keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin Korrupsiyaya qarşı mübarizə təşkilatlarının rəhbərlərinin və Ombudsmanlarının 3-cü iclasında Azərbaycan baş prokurorunun müavini - Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev deyib.
O bildirib ki, Azərbaycan 3 pilləli məhkəmə sistemi mövcuddur: "Beynəlxalq təşkilatlar Azərbaycanda görülən işləri yüksək qiymətləndirirlər. Azərbaycan brendi olan "ASAN xidmət modeli fəaliyyət göstərir. Bu qurumun yaradılması korrupsiyaya qarşı mübarizə sahəsində atılan mühüm addımdır. Azərbaycan bu sahədə vətəndaş cəmiyyəti, beynəlxalq təşkilatlarla əməkdaşlıq edir.
K.Əliyev qeyd edib ki, İqtisadi Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin Korrupsiyaya qarşı mübarizə təşkilatlarının rəhbərlərinin və Ombudsmanlarının iclasının Bakı keçirilməsi bu sahəyə töhvə verəcək.