Türkiyə yığmasının kapitanı Arda Turan komandadan uzaqlaşdırılıb.
Unikal.org-un Apasport.az-a istinadən məlumatına görə, buna səbəb ulduz futbolçunun jurnalist Bilal Meşeni döyməyə cəhd etməsi olub.
Belə ki, Makedoniya ilə yoldaşlıq görüşündən sonra təyyarədə qəzet işçisini vurmağa çalışan 30 yaşlı oyunçu onun ünvanına təhqiramiz ifadələr işlədib. Bu hadisə ilə bağlı Türkiyə Futbol Federasiyasının prezidenti Yıldırım Dəmirörən və baş məşqçi Fatih Terim arasında görüş keçirilib. Bunun ardından Terim kapitanın heyətdən çıxarıldığını açıqlayıb. Futbolçu da əşyalarını toplayaraq düşərgəni tərk edib.
Qeyd edək ki, Türkiyə millisi DÇ-2018-in seçmə mərhələsi çərçivəsində iyunun 11-də Kosovo ilə səfərdə üz-üzə gələcək.