Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədri Mladen İvaniç Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.

Unikal.org xəbər verir ki, təbrikdə deyilir:

"Zati-aliləri.

Azərbaycanın milli bayramı - Respublika Günü münasibətilə Bosniya və Herseqovinanın Rəyasət Heyəti adından və şəxsən öz adımdan Sizə səmimi təbriklərimi çatdırır, ölkənizin daha da firavanlaşmasını ürəkdən arzulayıram.

Bu xoş fürsətdən istifadə edərək qəti əmin olduğumu bildirirəm ki, Bosniya və Herseqovina ilə Azərbaycan Respublikası arasında dostluq münasibətləri ölkələrimizin rifahı naminə daha da inkişaf edəcək.

Zati-aliləri, xahiş edirəm ən yüksək ehtiramımı qəbul edin".