"Ümumiyyətlə, dünyanın heç bir ordusunda kəşfiyyatçı əməliyyata şəxsiyyətini təsdiqləyən sənəd və ya hər hansı fərqləndirici nişanla getmir".
Unikal.org xəbər verir ki, bunu erməni mətbuatının iddialarını şərh edən keçmiş müdafiə naziri Dadaş Rzayev anspress-ə deyib.
Belə ki, erməni mətbuatında yer alan iddaya görə, ayın 6-dan 7-ə keçən gecə erməni silahlı birləşmələri Azərbaycan kəşfiyyatçı qrupunun -diversiya cəhdlərinin qarşısını alıblar. Nəticədə hərbi qulluqda olan Azərbaycan zabiti kapitan 1979-cu il təvəllüdlü Naftalan sakini Vaqif Dilqəm oğlu Bayramov öldürülüb. Və dəlil-sübut kimi zabitin silah saxlama vəsiqəsi, şəxsi vəsiqəsi və vətəndaşın şəxsiyyət vəsiqəsinin fotoşkillrini yayıblar.
Keçmiş nazirin sözlərinə görə, bu sadəcə olaraq, çox keyfiyyətsiz, bayağı hazırlanmış təbliğat üsuludur ki, bununla da erməni tərəfi öz üstünlüyünü nümayiş etdirmək istəyir. Məqalədə o da deyilir ki, diversiya qrupunun digər üzvləri kapitanın meyidini ataraq qaçıb, amma eyni zamanda news.am saytının səhifəsində 4 nəfər əsgərin meyidinin fotoşəkilləri yerləşdirilib.
Ümumiyyətlə, Azərbaycan oxuçusu internet vasitələrində Ermənistan tərəfindən yerləşdirilən məlumatları çox diqqətlə izləməli və bilməlidir ki, onlardan 90 faizi dezinformasiyadır. Ermənistanın kütləfi informasiya vasitələri belə xəbərləri əks-kəşfiyyat xidmətinin dezinformasiya yayma qrupunun məhsullarına əsaslanaraq yayır.
Ona görə də ANS televiziyası 25 illik təcrübəsinə arxalanaraq əhalinin sayıq olmağa və bu cür məlumatlara uymamağa çağırır. Kapitan Vaqif Bayramovun hansı şəraitdə həlak olmasına gəlincə biz bununla bağlı müvafiq orqanlara müraciət etmişik və daha dəqiq məlumat verəcəyik.