Bakıda 5 yaşlı uşaq bədbəxt hadisə nəticəsində ölüb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən unikal.org-a verilən məlumata görə, iyunun 5-də Xəzər rayonunun Binə qəsəbəsində 5 yaşlı Aysu Abbasovanı evlərinin həyətində elektrik cərəyanı vurub. 

Xəstəxanaya yerləşdirilən uşaq iyunun 7-də orada ölüb.

Faktla bağlı araşdırma aparılır.