Tovuz Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan məlumat əsasən "Sınıq Körpü" gömrük postunun idxal nəzarəti zonasında Gürcüstandan ölkəmizə gələn Azərbaycan vətəndaşının idarə etdiyi "Mitsubishi Airtrek" markalı nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib.

Dövlət Gömrük Komitəsinin (DGK) Mətbuat Xidmətindən Unikal.org-a verilən məlumata görə, yoxlama zamanı avtomobilin yük yerində sağ və sol örtüklərin altından gömrük nəzarətindən gizlədilən 31 qutu pirotexniki vasitə və 2000 ədəd "Marlboro" markalı siqaretlər aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.