Müğənni Damla Özbəkistanın paytaxtı Daşkənd şəhərinə yollanıb.
Unikal.org metbuat.az-a istinadən bildirir ki, adı tez-tez qalmaqallarla gündəmə gələn müğənninin yeni videosu yayılıb. Sözügedən görüntülərdə Damla prodüseri ilə birlikdə Özbəkistandakı restoranların birində çay içib.
Müğənni içilən iki stəkan çaya 234 min Özbəkistan somu ödəyib. Damla paylaşdığı videoda həmin məbləğə ev, yaxud maşın ala biləcəyini zarafatla qeyd edib.