Münaqişələr səbəbi ilə GUAM regionu ATƏT-in ən çox müzakirə olunan mövzusudur və bu münaqişələrin həll edilməməsi ATƏT üzv ölkələri arasında etimadsızlığın ən böyük mənbəyidir.
Unikal.org xəbər verir ki, bu barədə Azərbaycanın ATƏT-dəki daimi nümayəndəliyinin bəyanatında deyilir.
Azərbaycan tərəfi bölgədəki münaqişələrin daha effektiv həlli üçün GUAM katibliyini və ATƏT-in müvafiq strukturlarını qarşılıqlı fəaliyyət göstərməyə çağırıb:
"Nə qədər ki, ATƏT-in hər bir üzv ölkəsi və vasitəçi ölkə münaqişələrin həllində öz məsuliyyətini və həll prosesinə verəcəyi töhfəni tam dərk etməyəcək, ATƏT sıralarındakı etimadsızlıq hökm sürəcək".