"Maşın realiti-şounun daha bir iştirakçısı oyundan gedib.
Unikal.org-un məlumatına görə, iştirakçılar bu dəfə rejissor Aqil M.Quliyevi seçiblər. O isə səs toplayacağı təqdirdə rəqqasə Oksana Rəsulovanı çıxaracağını deyib.
Sonda tamaşaçıların səsverməsi ilə 49,39 faiz toplayan rejissor özü şoudan gedib.
Hazırda şouda mübarizəni aktyorlar İslam Mehrəliyev, Fərda Amin, Elcan Rəsulov və rəqqasə Oksana Rəsulova davam etdirir.