Oksana Rəsulova "Maşın Şouda qalmasına görə qadınlara qadın həmrəyliyi göstərdiyi üçün təşəkkür edib.
Unikal.org xəbər verir ki, aktrisa İslam Mehrəliyəvdən də danışıb."Yəgin ki, qadınlar mənə daha çox səs göndərib. Qadın həmrəyliyi görsətdiyinizə görə bütün qadınlara təşəkkür edirəm. Göndərdiyiniz SMS-lərə görə çox sağ olun
Aktrisa aktyor İslam Mehraliyəv ilə çörək kəsdiyi deyib:
"Mən çox heyifsləndim bü gün. Hər kəsdən bunu gözləyərdim amma o insandan gözləməzdim. Amma yarışmaya qatılmamışdan əvvəl rəfiqəm demişdi ki, o insandan özünü gözlə. Mən isə inanmamışdım. Mən onunla bir filmə çəkilmişəm, çörək kəsmişəm onunla. Mən onun evində olmuşam. Onun uşağı dünyaya gələndə bir yerdə qeyd eləmişik. Mən inanmazdım ki, belə bir şey ola bilər. Həyatdı hər şey ola bilər.
Qeyd edək ki, şou zamanı İ.Mehrəliyev Oksananı ağladıb. Aktyor oyundan kənarlaşdlırılacağını düşündüyünə görə, Oksanadan üz döndərib. Onun bu hərəkəti Oksana Rəsulovaya təsir edib və hisslərini cilovlaya bilməyərək ağlayıb.(baku.ws)