Uzun müddətdir ki, efirlərdə görünməyən müğənni Şəbnəm Tapdıq ölkəni tərk edib.

Unikal.org  xəbər verir ki, bunu a24.az-a açıqlamasında müğənni özü deyib:

"Mən artıq Azərbaycanda yaşamıram. Çox güman ki, heç geri qayıtmayacam. Hazırda Almaniyada yaşayıram. Yəqin ki, yaradıcılığımı burada davam etdirəcəm.

Qeyd edək ki, müğənni Şəbnəm Tapdıq şair İlyas Tapdığın qızıdır.