Məlum olduğu kimi, millimiz DÇ-2018-in seçmə mərhələsi çərçivsində Şimali İrlandiyaya uduzub - 0:1.
Unikal.org qafqazinfo-ya istinadən xəbər verir ki, oyundan sonra millimizin qolkiperi Kamran Ağayev jurnalistlərin suallarını cavablandırıb:
- Oyuna yaxşı hazırlaşmamışdıq. Təəssüf ki, nəticə əldə edə bilmədik. Adam danışanda kövrəlir. Danışmasam, daha yaxşı olar.
- Belə şoku son dəfə nə vaxt yaşamışdınız?
- Belə şeylər idmanda olur. Yəqin tək biz yox, bütün Azərbaycan xalqı şok yaşayır.
- Oyun ərzində çox rahat idiniz.
- Mən işimi görürdüm. Biz bilirdik ki, uzun toplarla oynamaq olmaz. Bu, rəqibə sərf edəcəkdi. Onlar boy baxımından da bizi qabaqlayırlar. Qısa ötürmələrlə oyunu qururduq. Bizə deyilənə uyğun oynadıq. Sadəcə, lazımsız dəqiqədə lazımsız qol buraxmaq yersiz oldu.
- Oyun ərzində heç düşündünüz ki, bu qədər qol şansını qaçırdığımız üçün "vurmayana vurarlar" deyimi başınıza gələcək?
- Həyatda hər şeyə hazır olmaq lazımdı. İdmandı belə şeylər olur. Olmasa daha yaxşı olar. Çünki bunu həzm etmək çətindi.