Jurnalist Yaşar İsakov Bakı Beynəlxalq Avtovağzalının mətbuat xidmətinin rəhbəri təyin edilib

Unikal.org-un məlumatına görə, Y. İsakov bundan əvvəl Ədliyyə Nazirliyi Penitensiar xidmətinin rəisinin mətbuat məsələləri üzrə köməkçisi vəzifəsində çalışıb.

Ondan öncə isə Y. İsakov "Press24.az saytının, "Birja plyus, "Yejenedelnik qəzetlərinin, "Bona Mente jurnalının, "News24.az saytının baş redaktoru olub, məqalələri "Day.az, "1News.az, "Aznews.az saytlarında, "Exo və "Naş vek qəzetlərində dərc olunub.

Qeyd edək ki, Y. İsakov keçmiş polis zabitidir. Uzun illər Daxili İşlər Nazirliyinin Polis Akademiyasında fəlsəfə, politologiya və sosiologiya fənlərini tədris edib.