2011-2015-ci illərdə Moskvadakı Qorki adına Mərkəzi Mədəniyyət və İstirahət Parkının (MMİP) direktoru olmuş Olqa Zaxarova yeni bir layihənin reallaşdırılması -” Bakıdakı Dənizkənarı bulvarın inkişafı konsepsiyasının hazırlanması ilə məşğul olacaq.
Unikal.org sputnik.az-a istinadən xəbər
verir ki, Zaxarovanı bu layihəyə Azərbaycanın birinci vitse-prezidenti
Mehriban Əliyeva dəvət edib.
O.Zaxarova MMİP-nin direktoru olduğu dövrdə həmin park hətta Kremli də
geridə qoyaraq, turistlərin ən çox xoşladığı yerlərdən birinə çevrilib.
2015-ci il sentyabr ayında Olqa Zaxarova parkın direktoru vəzifəsindən
getməzdən əvvəl verdiyi müsahibədə bildirib ki, o, parkın öz xərcini
çıxaran müəssisəyə çevrilməsinə nail olub. 2011-ci ildə parkın mədaxili
135 milyon rubl olduğu halda 2014-cü ildə müvafiq göstərici 755 milyona
çatıb.
Zaxarovanın axırıncı iş yeri ADG Developer Group olub. O, bu şirkətin
icraçı direktoru postunu tutub. Zaxarova bulvarla bağlı planları
açıqlayarkən deyib:
"Bakıda işləmək mənim üçün ciddi çağırışdır. Bakının yeni əsas məkanının
konsepsiyasının və təməl prinsiplərinin hazırlanması üzrə intensiv iş
nəzərdə tutulur. Əsas vəzifə bu ölkənin ictimai məkanının standartını
yaratmaq, lokal təşkilatların potensialını üzə çıxarmaq, yerli biznesi
bu layihənin işlənib hazırlanmasında iştiraka və əməkdaşlığa
ruhlandırmaqdır".